17 Avqust 2017 14:37
1 222
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nərimanov rayon prokurorunun təqdimatı əsasında Kamran Həsənli barədə başlanılmış cinayət işi 1 ildən çoxdur süni şəkildə yubadılır. Samir Piriyevə külli miqdarda ziyan vurmuş, bacısı Gülərlə əvvəlcədən əlbir olmuş və etibardan sui-istifadə etmiş Kamran Həsənli aldadaraq mənimsədiyi 115 min ABŞ dollarının 15 mininin əvəzinə avtomobil verib, 10 minini isə nağd pul şəklində qaytarıb. Yerdə qalan 85 min dolları isə hələ də qaytarmaq fikri yoxdur.

Bu sözləri müğənni Teleqraf.com-a Samir Piriyevin hüquqlarını müdafiə edən vəkil Ruslan Əhmədoğlu məlumat deyib.

Vəkilin sözlərinə görə, Kamran Türkiyəyə sorğu göndərərək, istintaqı dayandırıb: “Aydın məsələdir ki, Türkiyədən mövcud olmayan şirkət barəsində və səhmlə bağlı hər hansısa cavab gəlməyəcək. Onda belə çıxır ki Samir Piriyev Bakıda əlbəəl verdiyi pulu almaq üçün Türkiyədən hansısa cavab gözləməlidir? Belə çıxır ki, istənilən şəxs Bakıda dələduzluq yolu ilə aldadıb kiminsə pulunu mənimsəyib, sonra hüquq-mühafizə orqanlarına ifadə verərək "pullar Nigeriyada və ya Afrikadadır" deməklə məsuliyyətdən azad olacaq?"

Ruslan Əhmədoğlu işi aparan müstəntiq barədə də danışıb:

"İş təqaüd yaşına çatmış bir müstəntiqin əlində idi. Sonra iş ondan alınaraq başqa müstəntiqin icraatına verildi. Bakı Şəhər Prokurorluğunda Kamran Həsənlinin havadarlarının ikisi vəzifədən kənarlaşdırılıb. Bəs indi kimdir cinayət işinə mane olan? Əslində bu cinayət sübut olunub və başqa variant yoxdur. Pul qaytarılmalıdır".


Müəllif: Könül