18 Avqust 2017 10:31
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci ilin yanvar-iyul aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 24,2 milyard manat olmaqla 2016-cı ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 1,5 faiz artıb.

Dövlət Statistika Komitəsindən Teleqraf.com-a verilən məlumatda bildirilib ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri əvvəlki ilin yanvar-iyul aylarının səviyyəsini real ifadədə 1,7 faiz üstələyərək 23,2 milyard manata bərabər olub, 50,7 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.


Müəllif: Teleqraf.com