18 Avqust 2017 17:50
1 606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistanın mərhum prezidenti İslam Kərimov və onun ailəsinin varidatı haqda yeni şok məlumatlar açıqlanıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, faktları jurnalist Osman Haqnazarov ictimailəşdirib.

O, İslam Kərimov, qızı Gülnarə Kərimova və komandasının narkotik satışından əldə etdikləri böyük vəsaitləri ABŞ banklarına yatırdıqlarını bildirib.

Qeyd edək ki, atası ilə münasibətləri pozulan Gülnarə Kərimovanın ABŞ-da yaşadığı bildirildirdi. İslam Kərimovun vəfatından sonra o, 3 milyard 800 min dollar mənimsəməkdə ittiham olunaraq həbs edildi. Haqnazarov isə bu rəqəmin ən azı 5 milyard dollar olduğunu deyir.

Rusiya xüsusi xidmətinin arxivlərindən yararlanan jurnalist bu nəhəng ticarətdə Kərimovlara Özbəkistanın ABŞ-dakı sabiq səfiri Bəxtiyar Qulamov və oğlu Şöhrət Qulamovun yardımçı olduğunu bildirib.

Pullar Əfqanıstandakı narkotik qaçaqmalçılığından əldə olunub. Narkotik yüklü qatarlar Özbəkistan dəmiryolu ilə Qərbə yola salınıb. Haqnazarov hər vaqona görə 2 milyard dolların rüşvət alındığı iddiasını irəli sürüb.

Jurnalistin sözlərinə görə, 2004-cü ildə Rusiya Prezidenti Vladimir Putin İslam Kərimova heroin ticarətindən narahatlığını şəxsən Kərimova çatdırıb.

Osman Haqnazarov böyük həcmli pulların neft, qaz, qızıl, uran və digər əlvan metalların satışından da əldə olunduğunu bildirib. Jurnalist bu ticarətdə iştirak etmiş yüksək çinli məmurların adlarını və sərvətinin həcmini də açıqlayıb.

Prezident İslam Kərimiov - 196 milyard dollar;

Dövlət başçısının milli təhlükəsizlik üzrə köməkçisi Şöhrət Qulamov 169 milyard 300 milyon dollar;

Sabiq Milli təhlükəsizlik naziri Rüstəm İnayatov 70 milyard dollar...

Tam olmayan siyahı bundan ibarətdir.


Müəllif: Mahir