18 Avqust 2017 21:20
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 20-də görkəmli dirijor və bəstəkar, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, C.Nehru adına Beynəlxalq mükafat laureatı Maestro Niyazinin 105 yaşı tamam olur.

Mədəniyyət və Turizm Nazirliyindən Teleqraf.com verilən məlumata görə, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı Niyazinin mənzil muzeyində avqustun 20-də “Acıq qapı” günü olacaq.

Həmin gün səhər saatlarında muzeyin əməkdaşları Fəxri xiyabanda Maestronun məzarını və yeni inşa olunmuş abidəsini ziyarət edəcəklər.

Gün ərzində muzeydə Niyazinin musiqisi səslənəcək, maestronun həyat və yaradıcılıq yolunu əks etdirən sənədli videokadrlar, filmlər nümayiş olunacaq.


Müəllif: Teleqraf.com