19 Avqust 2017 13:45
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Nizami" metro stansiyasında təmir işləri yekunlaşmaq üzrədir.

Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, hazırda stansiyada tamamlanma işləri aparılır: "Təmir-bərpa işlərinin sentyabrın 15-də başa çatdırılması planlaşdırırlır".

Xatırladaq ki, metronun "Nizami" stansiyasında təmir işləri bir ildən artıqdır davam edir.

Təmir işləri çərçivəsində stansiyanın yol divarlarının mərmər üzlükləri yenilənib, platformaaltındakı arakəsmələr sökülüb, platforma və kollektorun divarları möhkəmləndirilib, xidməti otaqlar yenilənib. Stansiya qurğularının, memarlıq elementlərinin mühafizəsi üçün havalandırma sistemi yenidən qurulub. Stansiyanın orta zalının tavanında söküntü, korroziyadan təmizləmə işləri yerinə yetirilib.

Təmir prosesində dahi Azərbaycan mütəfəkkiri - şair, filosof, şeyx Nizami Gəncəvinin şərəfinə adlandırılmış stansiyanın daxili tərtibatındakı milli memarlıq nümunələrini yenidən qurulub.


Müəllif: Teleqraf.com