20 Avqust 2017 08:19
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçirilən 41-ci Dünya Skautlar Konfransı bizim üçün çox uğurlu oldu. Biz amerikalı skautlar əlimizdən gələni etdik ki, növbəti konfrans bizim ölkədə keçirilsin və buna nail olduq. Səsvermədə qalib gəldik və 2019-cu ildə 24-cü Dünya Skautlar Camborisi ABŞ-ın Virciniya ştatında keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərtac-a müsahibəsində Amerika Birləş Ştatlarından Bakıya qonaq gəlmiş gənc skaut Vilyam Siao deyib.

Ölkəmiz haqqında danışan Vilyam Siao bildirib ki, Bakı çox gözəl şəhərdir. Burada şərq və qərbin vəhdəti təkrarolunmaz mənzərələr yaradır. “İlk dəfə Qəbələdən Bakıya gələrkən “Flame Towers” (“Alov qüllələri”) kompleksinin qarşından keçəndə skautların rəmzi olan açılmış zanbaq binanın şüşələrində əks olundu. Biz hamımız buna çox sevindik. Azərbaycanlı skautlar tədbirin yaxşı keçməsi üçün əllərindən gələni etdilər. Sizi Amerikada növbəti Camboridə görməyi çox istərdim” – deyə o əlavə edib.


Müəllif: Teleqraf.com