21 Avqust 2017 08:06
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mark Zukerberq tərəfindən virtual reallığa verilmiş əhəmiyyət Oculus-un alınması ilə təsdiqlənmiş oldu. Patent müraciyyəti bu xüsusiyyətləri olan smart bir eynəyi işarə edir.

Teleqraf.com "Texnote"yə istinadən xəbər verir ki, feysbuk daxilində Oculus şöbəsi tərəfindən verilmiş bir patent ərizəsi şirkətin inkişaf etmiş bir reallıq eynəyi üzərində işlədiyini ortaya çıxardı. Təbii ki virtual reallığın tez-tez danışıldığı bir dövrdə Feysbukun buna qeydsiz qalması gözlənilə bilməzdi.

Patent müraciətində, inkişaf etmiş reallıq eynəyinə iki ölçülü skaner və dalğa guide ekran olaraq bəhs edilir. Ekranın gözə taxıla bilməsi üçün bir çərçivəyə yerləşdirilimiş medianı istifadəçilərin gözləri önünə təqdim edəcəkləri bildirirlir. Xülasə olaraq, Feysbuk virtual reallıq xüsusiyyətləri olan smart eynək üzərində işləyir. Ekranda video və şəkillər göstəriləcək səs isə qulaqcıqlar vəya səs dinamikləri ilə ötürüləcək

Oculus baş elm insanı Mikel Abraş, 20-30 il içərisində insanların smartfonlar daşımaq yerinə eynəklər takacağını və bütün gün istifadə edilə bilən bu eynəklərin virtual reallıq, inkişaf etmiş reallıq və bunlar arasında qalan hər şeyi təqdim edəcəyini ifadə etmişdi.

Feysbuk CEO-su Mark Zukerberg virtual reallıq və inkişaf etmiş reallıq növbəti böyük hesablama platformaları olduğuna dair açıqlama vermışdi. Hətta özü də eynəklərin və kompüterlərin smartfonların yerini alacağını ön görərək 2014-ci ildə Oculus-u 2 milyard dollara satın aldı.


Müəllif: Teleqraf.com