13 Sentyabr 12:13
207

09.12 12:14

Blogger Aleksandr Lapşinin İsrailə göndərilməsi bu gün mümkün olmayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə A. Lapşinin vəkili Eduard Çernin məlumat verib.

E. Çernin deyib ki, Lapşinin anasının Bakıya gəlməlidir: “Anası Bella Lapşina bura gəlmək istəyir, ona görə gözləməli olduq. Lapşin bir-iki günə İsrailə göndəriləcək”.

Vəkili onu da qeyd edib ki, hazırda xəstəxanada olan A. Lapşinin səhhəti normaldır.

***

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilən blogger Aleksandr Lapşinin anası Bella Lapşina Bakıdadır.

A.Lapşinin vəkili Eduard Çernin bildirib ki, B.Lapşina və A.Lapşin yaxın günlərdə İsrailə gedəcək: "B.Lapşina gecə saatlarında Bakıya gəlib. Onlar əvvəlcə Türkiyəyə, oradan isə İsrailə gedəcək. Ola bilsin ki, bu gün, ya sabah Türkiyəyə getsinlər".

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev dünən Aleksandr Lapşinin əfv edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 20 iyul tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş İsrail vətəndaşı Lapşin Aleksandr Valeryeviç cəza çəkməkdən azad edilib

Onu da əlavə edək ki, A. Lapşin sentyabrın 10-da cəzaçəkmə müəssisəsində intihara cəhd edib.

Ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A. Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi əsasında təqsirləndirilən şəxs qismində cəlb edilərək beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılıb. O, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib.

A. Lapşin Cinayət Məcəlləsinin 281.2-ci (dövlətə qarşı açıq çağırışlar) və 318.2-ci (sərhədi qanunsuz keçmək) maddələri üzrə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsi Cinayət Məcəlləsinin 281.2-ci (Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma - Eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə irəli sürülən ittihama xitam verib, bu maddə üzrə ittihamın təsdiqini tapmaması qənaətinə gəlib.


Müəllif: Teleqraf.com