13 Sentyabr 2017 09:21
1 697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən günorta torpaqdan, bitkidən, məhsuldan nümunələr götürülərək Bakıya yola salınıb.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Gədəbəy rayon Kənd təsərrüfatı idarəsinin müdiri Asif Nağıyev bildirib.

Onun sözlərinə görə, nümunələr Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin laborotoriyasına göndərilib:

“Bir neçə günə analizlərin cavabı çıxacaq. Ondan sonra biləcəyik ki, həmin kənddə becərilən kartofların məhv olmasına səbəb nədir”.

Qeyd edək ki, Gədəbəyin Şınıx mahalında kartofa düşən yara məhsuldarlığı ciddi şəkildə aşağı salıb. Artıq 5 ildir ki, mənşəyi bilinməyən xəstəliyin nə olduğu bilinmir.


Müəllif: Şəfiqə Nazimqızı