13 Sentyabr 2017 08:20
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Sumqayıt şəhərinin təbii qaz təchizatında məhdudiyyət olacaq.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması və qaz xətti üzərində quraşdırılan siyirtmənin təmiri ilə əlaqədar sentyabrın 13-də, saat 10:00-dan işlər yekunlaşanadək Sumqayıt şəhərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan təmir işlərinin Binəqədi rayonunun bir hissəsinin qaz təchizatına da təsir göstərməsi mümkündür.

Görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcəkdir və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.


Müəllif: Teleqraf.com