12 Sentyabr 22:47

Amerikanın "Apple" korporasiyası bu gün yeni "iPhone8" və "iPhoneX" modellərinin təqdimatını keçirəcək.

Teleqraf.com məlumatına görə, təqdimat şirkətin təsisçisi Stiv Cobsun şərəfinə adlandırılmış təqdimat zalına baş tutacaq.

Mütəxəssislər yeni "iPhone" modelləri barədə sürprizlər olduğunu bildiriblər.

Bildirilir ki, yeni smartfonun yeni maraqlı kilid açma funksiyası var, bu qurğular naqilsiz enerji ilə doldurula biləcək.

Qeyd edək ki, yeni "iPhone"ların qiyməti 1000-1200 dollar arasında olacağı barədə bildirilib.


Müəllif: Teleqraf.com