13 Sentyabr 18:42
265

Düzgün olmayan qidalanmalar nəticəsində piylənmə əmələ gəlir. Piylənmə isə iltihabı prossesin göstəricisidir. Bu iltihabı prosseslər uzun müddət davam etdikdə orqanizmdə digər fəsadların əmələ gəlməsinə şərait yaranır.

Bu sözləri Axar.az-a gündəlik qəbul etdiyimiz bəzi qidaların zərərlərindən danışan pediatr-endokrinoloq Həbibə Mirzəyeva deyib. O bildirib ki, hazırki dövrdə bəzi ətlərə, xüsusilə də toyuq ətinə vurulan hormonal preparatlar var ki, bu, oğlanlarda ciddi fəsadların əmələ gəlməsinə gətirib çıxarır:

“Toyuq ətindəki hormonal preparatlar oğlanlarda yalancı süd vəzilərinin böyüməsinə və piy toxumasının artmasına səbəb olur. Bəzi hallarda hormonlar normal olsa da, sonda bu, əməliyyata gətirib çıxarır. Toyuq ətinin tərkibində olan hormonal preparatlar oğlanlarda qadın hormonlarının, yəni estrogenlərin artmasına gətirib çıxarır. Bu hormonun oğlanlarda artıq olması cinsi dəyişkənliyə səbəb ola bilər. Toyuq ətini uzun müddət qəbul edən qızlarda isə vaxtından əvvəl cinsi inkişaf və yumurtalıqların fəaliyyətinin artması prossesi baş verir. Bu prosseslər onlarda boy qısalığına da səbəb ola bilər. Biz Bioloji Təbabət Klinikasında biotənzimləyici preparatlar vasitəsi ilə orqanizmdəki zərərli maddələri təmizləyərək, xəstəliyin qarşısını alırıq. Qeyd edim ki, bu preparatlar orqanizmin özü-özünü daxildən bərpa etməsinə kömək edir”.

Ünvan: Bakı; Nəsimi rayonu, Seyid Cəfər Pişəvəri-110

Telefon: (012,050,055,070) 430 89 89


Müəllif: Teleqraf.com