13 Sentyabr 2017 18:03
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında BakıKart alaraq, “BakuBus”a məxsus Hava limanı express xətt avtobusları ilə şəhərə gəlmək istəyən turistlərə taksi sürücüləri yerli-yersiz müdaxilələr edir.

Bakubus MMC-dən Teleqraf.com-a verilən məlumata görə, taksi sürücüləri turistlərin ətəyindən yapışaraq, çantalarını məcbur götürüb dil tökür, ödəniş terminallarının işləmədiyini söyləyirlər:

“Əlbəttə, taksi sürücüləri də öz xidmətlərini təklif edə bilər.Ancaq bu daha sivil və mədəni şəkildə, turustləri aldatmadan, onlara yalnış məlumatlar vermədən həyata keçirilməlidir”.

Videogörüntüləri taksi sürücülərinin turist hesab edib, bezdirdiyi vətəndaşlar çəkib.

Görüntüləri təqdim edirik


Müəllif: Şəfiqə Nazimqızı