14 Sentyabr 2017 08:17
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əpl" korporasiyası Kaliforniyada keçirilmiş təqdimat çərçivəsində yeni "Əpl Vaç" qurğusunu təqdim edib.

"Əpl Vaç Series 3" cihazı "LTE" dəstəkli daxili mobil modula malikdir. Beləliklə, saat vasitəsilə zəng etmək və musiqi yükləmək olar.

Teleqraf.com xəbər verir ki, cihazın displeyi, həmçinin antena rolunu oynayır. "Əpl Vaç" qurğusunun korpusu əvvəlki nəsillə müqayisədə dəyişməyib. Yeni nəsil saat yeni "Əpl W2" prosessoru ilə təchiz edilib. Bunun sayəsində əvvəlki nəsildən 70 faiz daha məhsuldardır. Həmçinin korpusdakı "Digital Crown" düyməsi qırmızı rəngdə rənglənib.

Qurğu 22 sentyabr tarixində satışa çıxarılacaq. "LTE" versiyanın qiyməti 400 dollardan, mobil modulsuz versiyanın qiyməti isə 330 dollardan başlayacaq.


Müəllif: Teleqraf.com