16 Sentyabr 2017 13:16
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, zərurət yarandığı üçün vətəndaşın daxili orqanları həkim müayinəsindən keçirilib və nəticədə onun düz bağırsağında 4 ədəd bükümdə ümumi xalis çəkisi 2,67 qram olan narkotik vasitə - heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: İlhamə Əbülfət