16 Sentyabr 20:27

Həmsədr dövlətlər istəsələr, Ermənistanı sülhə məcbur edə bilərlər. Amma bunu istəmirlər. Əgər vəziyyət belə davam etsə, Azərbaycan öz gücünə torpaqlarını işğaldan azad edəcək.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin həyat yoldaşı, Milli Məclisin Xankəndindən seçilən deputatı Flora Qasımova deyib.

Onun sözlərinə görə, münaqişənin həll olunmamasının səbəbkarı işğalçı Ermənistandır: “Təəssüf ki, Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində heç bir irəliləyiş yoxdur. Ermənistan müxtəlif bəhanələr və təxribatlarla sülh danışıqlarını pozur. Eyni zamanda, ermənilərin xarici havadarları bu problemin həllinə imkan vermirlər. ATƏT-in Minsk qrupunun həmsədrləri də öz vəzifələrini regiona səfər etməkdə görürlər”.


Müəllif: Nərgiz