17 Sentyabr 2017 14:29
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarları altında keçirilən “Gəncə Marafonu-2017”nin kişi və qadın kateqoriyaları üzrə qaliblərinin mükafatlandırma mərasimi olub.

Teleqraf.com xəbər verir ki, mükafatlandırma mərasimi Heydər Əliyev Park Kompleksində keçirilib. Kişi və qadın kateqoriyalarının hər birində ilk yerin sahibi 3 000, ikinci yeri tutan 2 000, üçüncü yerə çıxan isə 1000 manat məbləğində pul mükafatı və xatirə hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif ediliblər.

Qeyd edək ki, kişilər arasında Türkiyə vətəndaşı Üzeyir Söyləməz birinci, İran İslam Respublikasının vətəndaşı Məhəmməd Cəfər Muradi ikinci, Gürcüstan vətəndaşı Timuraz Baikeev isə üçüncü yerə sahib çıxıb.

Qadınların arasında isə birincilik Ukrayna vətəndaşı Volentina Poltavıskaya nəsib olub. Azərbaycan vətəndaşı Anna Yusupova ikinci, Böyük Britaniya vətəndaşı Nataşa Petersen isə üçüncü yeri tutub.


Müəllif: Teleqraf.com