17 Sentyabr 16:59
183

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professor-müəllim heyəti, tanınmış media nümayəndələri və fakültənin I kurs tələbələri “Bilik günü” münasibətilə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və Milli Mətbuatımızın banisi Həsən bəy Zərdabinin məzarını ziyarət ediblər.

Fakültədən Teleqraf.com-a verilən məlumata görə, ziyarətdə fakültə , o cümlədən Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Televiziya və radio jurnalistikası kafedrasının müdiri, professor Allahverdi Məmmədli, Beynəlxalq Jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev, professor Qulu Məhərrəmli və tələbələr də iştirak ediblər.

Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev (Zifəroğlu) giriş sözü ilə çıxış edərək bildirib ki, BDU-nun Jurnalistika fakültəsi gənc nəslin təlim-tərbiyəsində, elm və təhsilində, Azərbaycanda ictimai-siyasi mühitün formalaşmasında, vətənpərvərliyin təbliğində, eləcə də Azərbaycanın dünyada tanıdılması işində əhəmiyyətli rol oynayıb.

Tədbir iştirakçılarından “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Umud Rəhimoğlu, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə tələbələrə təhsil və yaradıcılıq sahəsində müvəffəqiyyət arzu ediblər.


Müəllif: Səxavət