19 Sentyabr 2017 09:36
1 174
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər maşın bazarında avtomobillər bahalaşıb.

İqtisadçı Natiq Cəfərlinin Teleqraf.com-a açıqlamasına görə, avtomobillərin bahalaşmasının bir neçə səbəbi var: “İlk səbəb mövsümi xarakter daşıyır. Yay aylarında avtomobillərə maraq artır, buna görə də qiymətlərdə dəyişiklik hiss olunur. Mövsümi xarakter aradan çıxdıqdan sonra ucuzlaşma mümkündür.

İkinci səbəb yeni avtomobillərlə bağlıdır. Devalvasiyadan sonra qiymətlərdə artım təbiidir. İki il əvvəl 14 min manat civarında olan təzə avtomobillər indi 25 min manata qədər qalxıb. Bu, köhnə avtomobillərin qiymətinə də təsir göstərib. 3 ilin və daha köhnə ildə istehsal olunmuş avtomobillərin qiymətlərində paralel olaraq artım müşahidə olunur”.

Natiq Cəfərli bildirib ki, 2015-2016-ci illərdə avtomobillərin sayında kəskin düşüş müşahid edilib: “Məsələn, Gürcüstandan avtomobillərin gətirilməsində 10 dəfədən çox azalma baş verdi. Bazarda 2 il müddətdində avtomobil çatışmazlığı yarandı. Bu da qiymətlərə təsir göstərdi.

Daha bir səbəb isə, ola bilsin, gözləntilərlə bağlıdır. Əhali manatın məzənnəsində bağlı dəyişiklik ola biləciyini ehtimal edir.

Onu da deyim ki, avro ilə gətirlən avtomobillərin də qiymətləri qalxıb. Çünki avronun manata nisbətən məzənnəsi 15 faiz artıb”.

Qeyd edək ki, Azərbaycanda avtomobil istehsal edən zavod fəaliyyətə başlaqdıqdan sonra qiymətlərdə ucuzşalma olacağı gözlənilir.

Ötən ilin yayında Neftçala Sənaye Məhəlləsində Azərbaycanın “Azevrocar” MMC şirkətinin İranın “İran Khodro” şirkəti ilə birgə həyata keçirdiyi layihə çərçivəsində avtomobil istehsalı zavodunun təməli qoyulub.


Müəllif: İlhamə Əbülfət