24 İyul 2014 21:57

Parlament Jurnalistləri Birliyinin təşəbbüsü ilə Azərbaycan ali məktəblərinə keçirilmiş imtahanlardan yüksək bal toplamış tələbələrlə Milli Məclisin deputatlarının görüşü keçirilib.

Məlumata görə, 700 bal toplamış 8 gənc tələbə ilə “Gənclər Evi”ndə keçirlən görüşdə deputatlar Fuad Muradov, Sahibə Qafarova, Qənirə Paşayeva və “İrəli” Gənclər Hərəkatının sədri Mirhəsən Seyidov iştirak edib.

Milli Məcliisn deputatı Fuad Muradov deyib ki, yüksək nəticələr hər bir tələbinin şəxsi nailiyəti ilə yanaşı dövlət üçün də mühüm nəticədir. Tələbələrə Prezident təqaüdü alacaqlarını xatırladan deputat vurğulayıb ki, bununla da gənc lərin üzərinə həm də ictimai yük düşür. “Belə yüksək bal həm də sizin çiyninizə ictmai məsuliyəti də qoyur. Prezident İlham Əliyevin böyük önəm verdiyi gənclər siyasətinin hədəfi peşəkar və savadlı kadrları önə çəkmək və idarəçilik sisteminə gətirməkdir. Bunun üçün peşəkar və bilikli olmaq vacib məsələdir”-deyə deputat vurğulayıb. F.Muradov qeyd edib ki, bu gün dövlət başçısı tərəfindən aparılan siyasət nəticəsində ölkə gənclərinin özlərini istənilən sahədə təsdiq etmək üçün unikal imkanları yaranıb. “Torpaqlarımız işğal altındadır. Hər bir gənc özünün bacarığı və qabiliyyəti ilə torpaqlarmızın azad olunması, ölkəmizin haqq səssinin dünyaya çatıdırlması üçün İlham Əliyev tərəfindən aparılan siyasətdə öz bacarıq və töhfələrini verməlidir”-deyə F. Muradov vurğualyıb.

Millət vəkili Qənirə Paşayeva bildirb ki, bu gün vətənpərvərlik üçün ən yaxşı göstərici yüksək təhsil, öz işində peşəkar olmaqdır. “Patriotluq sözdə deyil, əməldə olmalıdır”-deyən deputat vurğulayıb ki, 700 bal toplamış bu tələblərin naliyyəti vətənpərvərliyin bariz nümunəsidir.

“Sizin kimi gənclərin bu gün cəmiyyətə təqdim olunmasına böyük ehtiyac var. Çünki bu ölkədə elmin təbliğ olunmasında böyük rol oynayır. Siz Azərbaycanın simasısınız. Yaxşı vətəndaş olmaq həm də ictimai yükün altına girməkdir. Bu baxımdan sizing üzərinizə böyük məsuluyyət düşür”-deyə deputat vurğualyıb.

“İrəli” Gənclər Hərəkatının sədri Mirhəsən Seyidov qeyd edib ki, son illər 700 bal yığımış gənclərin geniş təbliği və təqdim olunması gənclər üçün çatmaq istədikləri uğur modelini formalaşıdırıb.

M. Seyidov rəhbərlik etdiyi təşkilat tərəfindən gənclərə hər cür dəstək olmağa hazır olduğunu vurğualyıb.

Gənc tələbələr çıxış edərək görüş üçün təşəkkür ediblər və onları maraqlandıran sualları deputatlara ünvanlayıblar. Tədbirin sonunda tələbələrə hədiyyələr təqdim olunub.

/qafqazinfo/


Müəllif: