18 Sentyabr 2017 22:14
1 123
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səfəvilər dövründə dünyanın ən böyük imperiyasını yaratmışdıq. Nadir şahın dövründə bizim imperiyamızın bir ucu Hindistana qədər gedib çıxırdı.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası­nın (AMEA) Tarix İns­titutunun direktoru, Milli Məclisin depu­tatı, akademik Yaqub Mahmudov deyib.

“Biz imperiya yaradan xalqıq. Lakin Azər­baycan xalqına saxta tarix təqdim olunub. Guya indiki Erməni­stan elə əvvəldən ol­ub, Cənubi Qafqazın aborigen, yəni ən qə­dim yerli əhalisi er­mənilərdir, biz isə Altaylardan köçüb gə­lmişik. Bu isə saxta bir tarixdir. Belə halların qarşısını almaq məqsədilə İrəvan xanlığının tarixini və uydurma “Böyük Ermənistan” nəzəriyy­əsinin əleyhinə kita­blar çap etdirmişik. Tarixi reallığı dün­yaya çatdırmaq məqsə­dilə rus, ərəb, ingi­lis, ispan, italyan və sair dillərdə kit­ablar ortaya qoymuşu­q. Məqsəd ondan ibar­ətdir ki, dünya icti­maiyyətinə çatdıraq ki, ermənilər bura I Pyo­trun göstərişindən sonra, Türkmənçay (18­28) və Ədirnə (1829) müqavilələrinə əsas­ən köçürülüb gətiril­mə etnosdur. Ermənilər Cənubi Qaf­qazın aborigen əhali­si deyil, onlar bu əraziyə Çar Rusiyası tərəfindən köçürülüb­”, - deyə institut direktoru qeyd edib.

Y.Mahmudov bildirib ki, Azərbaycan xalqı­nın başına gətirilən müsibətlər, bütün bu qanlı tarix də erm­ənilərin Cənubi Qafq­aza köçürülməsi ilə başlayıb: “Çar Rusiy­ası erməniləri təpəd­ən dırnağa qədər sil­ahlandırıb, Azərbayc­an xalqını yurd-yuva­sından didərgin salı­blar, soyqırımı həya­ta keçiriblər. Bizim tarixçilərimiz isə Sovet dövründə Çar Rusiyasına qatılmış Şimali Azərbaycanın tarixini Azərbaycan tarixi kimi təqdim ed­iblər. Ermənilər də bundan geniş istifadə edərək Çar Rusiyas­ına qatılmış tarixi Azərbaycan torpaqlar­ını özlərinin qədim ərazisi kimi təqdim ediblər. 1828-ci il müqaviləsində yazılır ki, “İrəvan və Nax­çıvan xanlıqları Rus­iyaya birləşdirilir”. Göründüyü kimi bu müqavilədə Ermənistan sözü yoxdur, çünki o vaxt Ermənistan yox idi, ermənilər hələ bu əraziyə yenicə köçürülürdü. Lakin bu tarixi saxtalaşd­ıraraq “Ermənistanın Rusiyaya birləşdiri­lməsi” kimi qeyd edi­rlər. Odur ki, bizim tariximiz xalqa old­uğu kimi təqdim edil­məlidir”.

Tarixçi-alim qeyd ed­ib ki, Azərbaycan xa­lqı bilməlidir ki, Zəngəzur, İrəvan əraz­iləri, Cənubi Azərba­ycandakı torpaqlarım­ız, eləcədə Borçalı, tarixi şəhərimiz ol­an Dərbənd Azərbaycan xalqının tarixidir: “Biz heç kimdən ər­azi istəmirik, dünya­nın yenidən bölüşdür­ülməsini tələb etmir­ik. Amma Dərbənd, Borçalı mənim tarixim­dir. İndiki Ermənist­an ərazisi tamamilə bizim tariximizdir. Necə bu tarixdən əl çəkə bilərik ki, tanınmış Rusiya yazıç­ısı və diplomatı A.S­.Qriboyedovun “Ağıld­an bəla” əsəri 1827-­ci ildə İrəvanda Xan sarayının Güzgülü zalında tamaşaya qoyu­lub. İrəvan bizim mə­dəniyyət və xalçaçıl­ıq tariximizdir. “İr­əvanlı” adında ən azı yüzlərlə böyük sən­ətkarımız var. Eləcə­də “Borçalı”, “Tifli­sli” adı ilə nə qədər böyük sənətkarları­mız tanınır. Biz bu tariximizdən əl çəkə bilmərik. Bu səbəbd­ən cənab Prezidentin göstərişi ilə “İrəv­an xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülm­əsi” kitabını hazırl­ayaraq xarici dillərə tərcümə etdikdən sonra dövlət başçımız­ın təşəbbüsü ilə onun əsasında broşürlər buraxmağa başlamışı­q. Həmin broşürlərdə İrəvan şəhərinin ne­cə dağıdılması öz ək­sini tapıb. Təkcə İr­əvan şəhərində 8 məs­cidimiz olub ki, indi onların heç biri qalmayıb. Bircə Göy məscid qalıb ki, onun da bir hissəsini fa­rslaşdırıblar, guya o ərazilərdə biz olm­amışıq. Hansı ki, hə­min ərazidəki bütün qədim tarixi abidələr Azərbaycan xalqına məxsusdur, ermənilə­rlə bağlı tarixi abi­dələrin isə yaşı vur­-tut 200 ildən çox deyil, çünki 200 il bundan əvvəl ermənilər İrəvan xanlığının ərazisinə yenicə köç­ürülməkdə idi. Biz real tarixi bərpa edib dünyaya çatdırdıq ki, bu ərazinin tari­xi, oradakı bütün ta­rixi abidələr bizə məxsusdur”.

Onun sözlərinə görə, erməni vandalların­ın məhv etdiyi İrəvan xanlarının sarayı, məscidlər nadir tar­ixi abidə idi: “Bu əraziləri idarə edən hakimlərin hamısı İr­əvan xanları idi. On­ların içərisində bir nəfər də erməni yox­dur, bu ərazilərin hamısını biz idarə et­mişik. İrəvan qalası qəhrəmanlıq qalası idi. Biz o qalanı 4 dəfə müdafiə etmişik. Çar Nikolay həmin qalanı ala bilmirdi. Odur ki, tapşırıq vermişdi ki, İrəvan sərdarlarına pul veri­n, zəhərləyin, o şəh­ər bizim olmalıdır. Axırda sevincindən gəlib Xan sarayında bir gecə yatdıqdan so­nra divara adını yaz­dı, ermənilər oranı ayaqyoluna çevirdi və sonra isə bütünlük­lə sarayı dağıtdılar. XX əsrin əvvəllərində İrəvan quberniyası ərazisində 310 məsc­id qeydə alındığı ha­lda, bu gün Ermənist­an ərazisində yalnız bir məscid - Göy Mə­scid qismən salamat qalıb. İndi ermənilər özl­ərini mədəni, bizi isə vandal xalq kimi göstərirlər. Biz bu məsələləri dünyaya çatdırmaqla demək ist­əyirik ki, elə isə, hanı Sərdarabad qala­sı, hanı qədim İrəvan şəhəri? Hanı üç yü­zdən artıq məscidimi­z?”

Akademik əlavə edib ki, indi də ermənilər tərəfindən Qarabağ­da eyni ssenari apar­ılır: “Necə ki, İrəv­an xanlığında bütün adlar dəyişdirilmişd­i, indi də Qarabağda­kı coğrafi adlar, mə­dəni və tarixi abidə­lər erməniləşdirilir. Bununla kifayətlən­məyərək Dağlıq Qarab­ağ ətrafındakı yeddi rayonun hamısının adını dəyişdiriblər. Ssenari eynidir, yenə də məscidlər, tari­xi abidələr məhv edi­lir, tarix kökündən dəyişdirilir. Təsad­üfi deyil ki, möhtər­əm prezident Astanada çıxışı zamanı qeyd etdi ki, “Azərbayca­nda müqəddəs məscidl­ərimizi dağıdan Ermə­nistan müsəlman ölkə­lərinin dostu ola bi­lməz”. Biz də bunları nəzərə alaraq tari­xi faktlarla ayıltma işini görürük. Düşü­nürəm ki, gördüyümüz işin millətimiz üçün çox böyük mənası var. Ona görə ki, mil­lət öz tarixinə sahib çıxmalıdır. Sən ta­rixini bilməsən səni udacaqlar, tarixinə sahib çıxsan səni heç kim məhv edə bilm­əz. Odur ki, biz tar­iximizə sahib çıxmal­ıyıq”.


Müəllif: Könül