24 İyul 2014 21:42
1 375
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Sumqayıt yolu iflic vəziyyətə düşüb.

Teleqraf.com-un məlumatına görə, Novxanı və Sumqayıt istiqamətində 1 saata yaxındır hərəkət yoxdur. Novxanı-Binəqədi yolu tamamilə bağlanıb. İçərisində xəstə olan ambulans da yolda qalıb. Yolun hər iki tərəfində gediş-gəliş dayandırılıb. Artıq avtobusla gedən sərnişinlər marşrutdan düşərək piyada getməyə başlayıb. Yolun hansı səbəbdən bağlandığı bəlli deyil.

Uğur


Müəllif: