19 Sentyabr 2017 14:46
1 604
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Faytonçu” ləqəbi ilə tanınan müğənni Nazim Pişyarinin ona səhv diaqnoz qoyaraq yanlış əməliyyat etməkdə günahlandırdığı “Elmed” klinikasının həkimi Elman Əzimov uzun zamandır mediadan qaçsa da, Xəzər TV-ə açıqlama verib.

Teleqraf.com xəbər verir ki, “Hər şey daxil” verilişinə danışan həkim efirdə görünmək istəməyib.

O, Nazimin səsləndirdiyi ittihamlarala razılaşmayıb: “Nazimin dedikləri real deyil. Mən efirə çıxmıram, gözləyirəm ki, bu insan səhvini dərk eləsin. Başa düşmür ki, onu ölümdən mən qurtarmışam. Mən həmin gün əməliyyat eləməsəydim, indi o, həyatda yox idi.

Bir gün qabaq xəstəxanaya gedib. Şəxsən özü yanıma gəlib. Onkologiya Mərkəzindən analizlərin cavabı gəlib, mən sonra əməliyyata girmişəm. Ona qabaqcadan demişəm ki, belə problemlər ola bilər. Biz həmin vaxt onu ölümdən qurtarmışıq.

Öd kisəsinin tikilməsi söhbəti də olmayıb. Çünki əməliyyat lazerlə edilib.

Əməliyyatın mərhələləri var. Bu insan bunların heç birini qəbul eləmədi. Mənim səhvim varsa, cəzamı qəbul edərəm. Peşman olmuşam ki, onu əməliyyat etmişəm. O, mənim həyatımı məhv eləyib. Bizim bütün nəslimiz həkimdir. Mən Azərbaycanda 20 il oxumuşam, Türkiyədə kurslar keçmişəm. Bu, mənə qarşı şantajdır”.

Qeyd edək ki, Nazim Pişyari Elman Əzimovun ona xərçəng diaqnozu qoyduğunu və əməliyyat zamanı onun öd yollarını tikdiyini iddia edib. Müğənni təkrar əməliyyatlara 62 min dollar xərclədiyini bildirib və vurduğu maddi-mənəvi ziyana görə Elman Əzimovu məhkəməyə verib.


Müəllif: Könül