19 Sentyabr 2017 15:02
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib.

Palatadan Teleqraf.com-a verilən məlumata görə, iclasda dövlət büdcəsindən Azərbaycan Dövlət İqtisad Universitetinə ayrılmış vəsaitlərin, büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair aparılmış auditin nəticələri müzakirə olunub.

Kollegiya universitet tərəfindən 2012-2014-cü illərdə təhsil haqqı üzrə daxilolmaların uçotunun aparılması, təhsil haqlarının yığılması və Universitetin bank hesabına köçürülməsi sahəsindəki nöqsanların ciddiliyini, eləcə də təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotdan yayındırılmasını nəzərə alaraq qanunamüvafiq tədbirlərin görülməsi üçün müvafiq materialların Azərbaycanın Baş Prokurorluğuna göndərilməsi barədə qərar qəbul edib.

Həmin qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirinin nəticələri barədə məlumatın Milli Məclisə təqdim olunması qərara alınıb.


Müəllif: Teleqraf.com