19 Sentyabr 2017 17:40
1 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:25

Bakıda kosmetika zavodunun anbarında yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Xəzər rayonunda fəaliyyət göstərən “Gazelli” kosmetika zavodunun anbarında baş verən yanğının söndürülməsinə yanğınsöndürənlər cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

16:45

Xəzər rayonunda fəaliyyət göstərən “Gazelli” kosmetika zavodunun anbarında yanğın baş verib.

Bu barədə Teleqraf.com-a şirkətin mətbuat katibi Yelena Sidorenko deyib.

Onun sözlərinə görə, anbarda qısaqapanma olub:

"İnsanlara və anbardakı mallara ziyan dəyməyib. Yanğın hazırda söndürülüb".

Qeyd edək ki, yerli kosmetika brendi olan “Gazelli” "Azal" prezidenti Cahangir Əsgərovun qızı Cəmilə Əsgərovaya məxsusdur.

***

FHN-dən verilən məlumata əsasən, Bakı şəhərinin Xəzər rayonu ərazisində "Gazelli Group"a məxsus anbarda baş vermiş yanğın saat 17:00-da söndürülüb.


Müəllif: İlhamə Əbülfət