20 Sentyabr 2017 08:58
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlk dəfə məktəbə gedən birinci sinif şagirdləri müxtəlif səbəblərdən ağlaya bilər.

Teleqraf.com xəbər verir ki, bu sözləri həkim pediatr Vaqif Qarayev bildirib.

Onun sözlərinə görə, təcrübə göstərir ki, ev şəraitində və ya 5-6 nəfər uşaqla özəl mərkəzlərdə hazırlıq kursu keçən, valideynin aşırı qayğısı ilə böyüyənlər məktəb mühitinə çətinliklə uyğunlaşırlar:

“Hətta bağçaya gedənlərin bəziləri də məktəbin səs-küyünə adekvat reaksiya verə bilmirlər. Uşaqları sevmək lazımdır, amma fasiləsiz "gözümdən uzağa getmə" prinsipi ilə yox. Xüsusən oğlan uşaqlarına belə münasibət yolverilməzdir.

Onlar həyətdə oynamalıdılar, tanımadığı uşaqlarla ünsiyyət qurmağa çalışmalıdılar. Təəssüf ki, valideynlər bəzən uşaqlara lazımsız məhdudiyyətlər qoyurlar. Yaxşı olar ki, balacalar mikroməktəb mühitinə uyğunlaşmaq üçün uşaq sayı çox olan hazılıq kurslarına getsinlər”.


Müəllif: Şəfiqə Nazimqızı