20 Sentyabr 2017 13:06
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mənim qızım çox ağıllıymış. Bilik günündə müəlliminə deyib ki, siz bayrağı düzgün asmamısınız. Təsəvvür edin, o sinifdə içi mən qarışıq onlarla valideyn olub və bu incə məqamı tutmayıb.

Teleqraf.com xəbər verir ki, bu sözləri sosial şəbəkədə jurnalist Ləman Ələşrəfqızı yazıb.

O, məktəbli qızının bayrağı səhv asan müəlliməyə irad tutmasından danışıb:

“Yalnız bu gün Nilufər mənə deyəndən sonra şəkillərə baxdım və gördüm ki, bayraq səhv asılıb. Soruşuram ki, yaxşı bəs müəllimin nə dedi? Deyir ki, bayrağı divardan açdı.

Qızım mənə oxşayıb. Deməli, onu qarşıda asan həyat gözləmir. Düz söz həmişə acıdır, bircə bunu o balaca şeytana başa sala bilsəm...”


Müəllif: Könül