20 Sentyabr 2017 20:10
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda rəsmi səfərdə olan Pakistan Hərbi Hava Qüvvələrinin nümayəndə heyəti Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyev və görkəmli alim, oftalmoloq Zərifə xanım Əliyevanın məzarlarını, eləcə də Şəhidlər Xiyabanını ziyarət edib, gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər.

Müdafiə nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, nazir müavini-Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Pakistan Hərbi Hava Qüvvələrinin komandanı Aviasiya Marşalı Sohail Amanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı iki ölkənin Hərbi Hava Qüvvələri arasında hərbi, hərbi təhsil və hərbi-texniki əməkdaşlığın gələcək perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com