21 Sentyabr 2017 15:47
912
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva Məktəb-Lisey Kompleksində (MLK) olub, təhsil müəssisəsinin rəhbərliyi ilə görüşüb.

İdarədən Teleqraf.com-a verilən məlumata görə, M. Vəliyeva MLK-da təlim-tərbiyə prosesinin təşkili vəziyyəti ilə maraqlanıb, müvafiq tapşırıq və tövsiyələrini verib.

Məlumatda o da bildirilir ki, təhsil müəssisəsində tədris normal şəkildə davam edir, şagirdlərin dərsə davamiyyəti qaydasındadır.

Qeyd edək ki, Məktəb Lisey Kompleksində təhsil alan şagirdlərin valideynləri bir neçə gündür, aksiya keçirir. Valideynlər kompleksin direktoru Qafar Hüseynovun işdən çıxarılmasına etiraz edir, onun yenidən vəzifəyə qaytarılmasını istəyirlər. Onlar əks halda övladlarını məktəbə buraxmayacaqlarını bildiriblər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirilib ki, Qafar Hüseynovun işdən çıxarılması barədə xəbərlər yanlışdır. İdarədən qeyd olunub ki, direktor səhhəti ilə bağlı bülletendədir.


Müəllif: İlhamə Əbülfət