22 Sentyabr 2017 12:18
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bağdadda sığınacaqda saxlanılan 2 yaşlı Xədicə və qardaşı 3 yaşlı Abdulla ilə bağlı məsələyə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, M.Qurbanlı jurnalistlərə açıqlamasında dövlət komitəsinin bu barədə məlumatlı olduğunu deyib:

"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu barədə məlumatı var. Lakin tədbirləri başqa qurumlar görür. Əminəm ki, tədbirlər nəticə verəcək".

Xatırladaq ki, adıçəkilən körpələr İraqın Təlafər şəhərində xilas edilərək Bağdada gətiriliblər. Rusiya Televiziyasının əməkdaşları həmin uşaqları İraqın paytaxtındakı sığınacaqda çəkiblər.

Azyaşlı Abdulla jurnalistin sualına cavab olaraq ata-anasının Mosulda öldüyünü deyib.


Müəllif: İlhamə