24 Sentyabr 2017 17:13
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 25-də respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentin Teleqraf.com-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 18-21° isti, gündüz 25-30° isti, Bakıda gecə 19-21°, gündüz 26-28° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 15-20°, gündüz 27-32° isti, dağlarda gecə 10-15°, gündüz 18-23° isti olacağı gözlənilir.


Müəllif: Teleqraf.com