25 Sentyabr 2017 12:47
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabr 21-də Qazaxıstanın Aktau şəhərində öz işinə başlayan Beynəlxalq Xəzəryanı gənclər forumu yekunlaşıb.

Gənclər və İdman Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycan, Qazaxıstan, İran, Rusiya və Türkmənistan nümayəndə heyətlərinin qatıldığı forumun açılış mərasimini Manqustau vilayətinin başçısı Yeralu Toğjanov edib.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşən Beynəlxalq Xəzəryanı gənclər forumunun iki ölkənin dostluq və qardaşlıq münasibətlərini daha da inkişaf etdirəcəyinə, gənclərin fikir mübadiləsi apararaq, yeni bilik və təcrübələrə yiyələcəyinə, bununla da münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyacağına zəmin yaradacağına əminlik bildirib.

Qazaxıstanın Dini işlər və vətəndaş cəmiyyəti naziri Nurlan Yermekbayev, Qazaxıstanın Təhsil və elm nazirinin müşaviri Aryn Orsariyev, İranın Qazaxıstandakı konsulu Mahmud Adib və digər rəsmilər də çıxış edərək forumun önəmində danışıblar.

Azərbaycanın Respublikasının gənclər və idman nazirinin müavini İntiqam Babayev öz çıxışında gənclərin ictimai-siyasi proseslərdə önəmli rol oynadıqlarını bildirirək, forum iştirakçılarına Azərbaycanda aparılan gənclər siyasəti, qəbul olunan dövlər proqramları, yerli və beynəlxalq səviyyədə gerçəkləşən tədbirlər, layihələr haqında məlumat verib: “Hər iki ölkənin rəhbərlərinin təşəbbüsü ilə keçirilən bu forumun gənclər siysəti tarixində öz yerini tutacağına əminəm”.

Forumun davamı olaraq Milli Məclisin deputatı Şahin İsmayılov, eyni zamanda Azərbaycanın müxtəlif hökümət və qeyri-hökumət gənclər təşkilatları və müxtəlif qurumlarının aktiv gənclərinin iştirakı ilə “Mədəni həyatda gənclərin rolu: dəyərlər, arxetiplər və hədəflər”, “Gənclər həyatının dizaynı”, “Yeni liderlərin hazırlanması” və digər mövzularda panel iclaslar keçirilib.


Müəllif: İlhamə Əbülfət