25 Sentyabr 2017 12:39
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov sentyabrın 29-da Samux şəhərində vətəndaşları qəbul edəcək.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, qəbul Samux şəhərindəki Heydər Əliyev Mərkəzində saat 11.00-dan keçiriləcək.

Qəbulda yalnız Gəncə şəhərinin, Samux, Daşkəsən, Gədəbəy, Göygöl rayonlarının sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər. Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Samux şəhərində Heydər Əliyev Mərkəzində 28 sentyabrda saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.


Müəllif: Teleqraf.com