25 Sentyabr 2017 15:13
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 25-də Tiflisdəki Krtsanisi təlim mərkəzində Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələrinin iştirakı ilə hərbi təlimlər başlayıb.

Teleqraf.com xəbər verir ki, “Eternite” şərti adı altında keçirilən təlimin əsas məqsədi enerji, eləcə də irimiqyaslı infrastruktur layihələrinin mühafizəsinin təşkilidir. Bir həftə davam edəcək təlimlərdə hər üç ölkənin hərbçiləri layihələrin mühafizəsi və təhlükəsizlik tədbirlərinin təşkili ilə bağlı fikir mübadiləsi aparacaq, bu sahədə qabaqcıl təcrübəni öyrənəcəklər.

Təlimin açılışında Gürcüstan, Azərbaycan və Türkiyə Silahlı qüvvələrinin nümayəndələri, Azərbaycanın Gürcüstandakı səfirliyinin hərbi attaşe aparatının rəhbəri, polkovnik-leytenant Fuad İbrahimov və müavini, mayor Elcan İmamverdiyev iştirak ediblər.


Müəllif: Teleqraf.com