26 Sentyabr 2017 13:05
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017.09.25 16:59

Azərbaycanda saxlanılan transseksual şəxslərdən 16 nəfərində QİÇS və sifilis xəstəliyi aşkar edilib.

Bunu Teleqraf.com-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidməti rəisinin müavini Orxan Mansurzadə deyib.

Orxan Mansurzadə qeyd edib ki, ötən günlərdə vətəndaşların şikayətinə əsasən saxlanılıb:

“Tibbi müayinədən keçirilib. Onlar arasında 16 nəfərdə QİÇS və sifilis xəstəyi aşkar edilib".

Ehsan Zahidov isə açıqlamasında bildirib:

"İstər əhalinin polisə müraciəti, istərsə də polisin belə reydlər keçirməsi əsassız olmayıb. Belə reydlər heç də cinsi azlığın bütün nümayəndələrini əhatə etmir. Əsasən o şəxslər saxlanılır ki, onlar nümayişkanə, ətrafdakılara hörmətsizlik edərək öz hərəkətləri ilə insanlarda qıcıq, nifrət və ikrah hissləri yaradır və hansısa yoluxucu xəstəliyin daşıyıcısı olması barədə polis və səhiyyə orqanlarında məlumatlar var”.

Qeyd edək ki, son günlər Bakıda polis tərəfindən transseksual şəxslərin saxlanıldığı və onların QİÇS xəstəsi olub-olmadığının dəqiqləşdirilməsi üçün məcburi qaydada tibbi müyinə aparılması ilə bağlı məlumat yayır.


Müəllif: İlhamə Əbülfət