26 Sentyabr 2017 12:34
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlin sonuna əfv fərmanının olmasını gözləyirik.

Bu sözləri Teleqraf.com-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib.

Onun sözlərinə görə, əfv üçün müraciət edənlər çoxdur: “Bəlkə ilin axırına qalmadı, fərman daha tez verildi. Əfv etmək birbaşa ölkə prezidenti İlham Əliyevin səlahiyyətinə aiddir. Prezident nə zaman fərman imzalayarsa, onda baş tutacaq”.

Qeyd edək ki, ən sonuncu əfv fərmanı 2017-ci il mart ayının 16-da imzalanıb və 400 nəfərdən çox insana şamil olunub.


Müəllif: Şəfiqə Nazimqızı