26 Sentyabr 2017 12:57
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xızıda Müdafiə Nazirliyinin silah-sursat anbarında baş vermiş partlayış nəticəsində vətəndaşlara dəyən ziyan hesablanıb.

Teleqraf.com xəbər verir ki, bunu baş nazirin müavini Abid Şərifov deyib.

O bildirib ki, gələn həftədən ziyan dəymiş evlərin bərpasına başlanacaq: “Bir-iki ay ərzində işlər yekunlaşmalıdır. Eyni zamanda, 5 ev sökülüb yenidən tikilməlidir”.

A. Şərifov qeyd edib ki, hadisə ilə bağlı yaradılmış Dövlət Komissiyası işini yekunlaşdırmayıb, hadisənin baş vermə səbəbi araşdırılır.

Qeyd edək ki, avqustun 27-də Müdafiə Nazirliyinin Xızıdakı N saylı hərbi hissəsinin silah-sursat anbarında partlayış baş verib. Nəticədə 6 nəfər xəsarət alıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Müəllif: Teleqraf.com