26 Sentyabr 2017 13:13
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Lütfi Zadənin nəşi Azərbaycana yola salınacaq.

Bu barədə Teleqraf.com-a Lütfi Zadənin ailə dostu, Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova məlumat verib.

Onun sözlərinə görə, Lütfi Zadənin nəşi sentyabrın 29-da günorta saatlarında Bakıda olacaq: “Aramızda saat fərqi var. ABŞ vaxtı ilə sentyabrın 26-sı günorta saatlarında Lütfi Zadənin nəşi Los Ancelesdən yola salınacaq”.

Lütfi Zadə ilə vida mərasimi Azərbaycan Milli Elmlər Akademiyasında keçiriləcək.

Qeyd edək ki, dünya şöhrətli alim Lütfi Zadə sentyabrın 5-da 96 yaşında Kaliforniyada vəfat edib. Lütfi Zadə 1921-ci il fevralın 4-də Bakıda, Rəhim Ələsgərzadə (1895-1980) və yəhudi əsilli rus uşaq həkimi olan Feyqa (Fanya) Moiseyevna Koremanın (1897-1974) ailəsində dünyaya gəlib.

Daha sonra ABŞ-a köçüb.

Lütfi Zadə süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru idi. O, bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri idi.


Müəllif: İlhamə Əbülfət