26 Sentyabr 2017 21:11
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı Telefon Rabitəsi” MMC pulsuz "Wi-Fi" xidmətinin əhatə dairəsini “Port Baku Residence” və Port Baku Mall”a qədər genişləndirib.

Bu barədə Teleqraf.com-a şirkətdən məlumat verilib.

Şirkətdən verilən məlumata görə, yaxın zamanlarda xidmətin əhatə dairəsinin "Dədə Qorqud" və "Nərimanov" parklarınadək genişləndirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Simsiz internet şəbəkəsinin genişləndirilməsi üzrə işlər mart ayından “İctimai Wi-Fi” layihəsi çərçivəsində aparılır. Hazırda bu şəbəkəyə “İçərişəhər” dövlət tarix-memarlıq qoruğu, Dənizkənarı Milli Park, Heydər Əliyev Mərkəzinin parkı, "Qış parkı", "Zabitlər" parkı, "Sahil", "Axundov", "Sabir", "Xaqani", "Hüseyn Cavid", "Səməd Vurğun" və "Muğan" bağları daxildir.

Xidmət işə salındıqdan etibarən şəbəkəyə 1 milyona yaxın qoşulma qeydə alınıb.


Müəllif: Teleqraf.com