25 İyul 2014 18:27
13 228
12 Punto 14 Punto 16 Punto 18 Punto

5 min manatlıq çaxırınıda öz müştəriləri var...

İçki hər zaman yeyib-içmək, kef məclislərinin əsas məhsulu sayılıb. Amma bu baxır içkiyə və onun qiymətinə. Bu gün ölkəmizdə elə məclislər varki, orada dəyəri 10 min manata yaxın içkilərdə içilir. Bunu ölkəmizdə şərab satışı ilə məğul olan mağazalardan öyrəndik. Hər kəs şəhərin müxtəlif yerlərində “Şərab evi” adlı mağazalara rast gələ bilər. Həmin bu mağazalarda yerləşmə yerindən asılı olaraq müxtəlif qiymətlərə bahalı içkilər satılır.

160 manata araq. Bir neçə yüz manatlıq araqlarda az deyil...

Bizdə bunu araşdırmaq üçün Bakı şəhərində yerləşən bir neçə şərab mağazasında olduq. İlk girdiyimiz mağaza Nərimanov rayonunda yerləşirdi. Burada içkilərin qiyməti 20-160 manat arasında dəyişirdi. Bura müxtəlif növ konyaklar, çaxırlar, araqlar, viskilər və digər spirtli içkilər daxil idi. Mağaza sahibi bildirir ki, onların mağazalarında olan içkilərdən daha da bahalı içkilər digər şərab mağazalarında satılır. Sadəcə onlar yerləşdiyi yerə və müştərilərinin cibinə uyğun olaraq qeyd etdiyimiz qiymətə olan içkiləri satırlar. Onun sözlərinə görə, hazırda onların mağazalarında daha çox konyak və çaxır satılır. Araqlarında öz müştəriləri var. 150-160 manatlıq araqları isə kimlərin içdiyini təsəvvür etmək heçdə çətin deyil.

5 min manatlıq çaxırınıda öz müştəriləri var...

Digər qiymətləri ilə tanış olduğumuz şərab mağazası Gənclik metrosunun yaxınlığında yerləşirdi. Burada digərindən fərqli olaraq daha bahalı içkilərə rast gəlmək olurdu. Burada “Hayland park” , “HennesiParadis İmperial”, “Pavillon”, “BlueLabel”, “Camus” və digər markalı içkilər vardı. Qiyməti230, 250, 390, 500, 1490, 2500, 3000 manata olan içkilər insanda onların hansı dada malik olduqları haqqında müxtəlif təəssüratlar yaradır. Sözsüz ki, içki içən hər kəs bu qiymətə olan içkinin dadına baxmaq istəyər, sadəcə onların qiyməti nazir, icra başçısı, millət vəkili və s. dövlət məmurlarının bir aylıq maaşına bərabərdir. Bir sözlə içkinin qiyməti “od” tutub yanırdı. Sadaladığımız qiymətə olan içkilər əsasən şərablar, konyaklar və viskilər idi. Mağazadan onu da öyrənə bildik ki, Bakıda bundan baha qiymətə satılan içkilərə rast gəlmək olar. Hətta qiyməti 20 min manata olan çaxırlar var.

Mağaza sahibi bildirdi ki, bu içkilər əsasən İngiltərə, Fransa, İtaliya, İspaniya kimi ölkələrdən idxal olunur. Bunlarla bərabər qiyməti 100 manat olan yerli məhsullarda az deyil. Bunlar əsasən “Tovuz” Şərab Zavodunun istehsal etdiyi konyak və şərablardır. Onuda öyrənə bildik ki, tanınmış insanlar arasında da bahalı içkilər alanlar az deyil. Bu mağazada da əsasən konyak və şərablara üstünlük verən müştərilər üstünlük təşkil edir. Mağaza sahibi bildirir ki, ramazan ayı olduğundan spirtli içki satışı bazarında alıcı qıtlığı müşahidə olunur. Onlar bunu normal hesab edirlər.

Bu mağazalardan bahalı içkiləri sifariş edə bilərsiniz...

Olduğumuz şərab mağazalarından öyrəndik ki, hər kəs ilinə və qiymətinə görə fərqlənən müxtəlif şərabları bu mağazalara sifariş edə bilər. Bəzi şərablar varki, onların 90-cı illərdə istehsal olunan növləri 10 manata satılır. 2000-ci ildən yuxarı istehsal olunan şərabları isə 2000-4000 manata almaq olar. Sözsüz ki, bunlarından qiyməti istehsalçıdan və markadan asılı olaraq dəyişir. Bu yerdə xatırlatmaq istərdik ki, dünyada da qiyməti 38 min dollara viski, 765 min dollara araq, 13 min dollara tekila və s. bu kimi bahalı içkilər satılan ölkələr az deyil. Hazırda Avropa ölkələrində bir neçə əsr öncəyə məxsus şərablar 200-340 min manat arasında satılır. Siz oxucularımız kimi bizi də bu məbləğdə içkiləri kimlərin aldığı düşündürür. Mağaza sahibi qeyd edir ki, bu qiymətə olan içkiləri iş adamları, imkanlı şəxslər, müxtəlif dövlət orqanlarında çalışan şəxslər alırlar. Həmçinin bəzi bu tipli mağazalarda bahalı çaxırları müştərilərin dadmaq imkanı vardır.

Yerli istehsal olan içkilər onlarla rəqabətə girə bilməz...

Azərbaycanda şərab və konyak istehsalını həyata keçirən “Tovuz” Şərab Zavodunun məhsulları xarici ölkədən gətirilənlərlə rəqabətə davam gətirmir. Sözsüz ki, bunu onların arasındakı qiymət fərqidə göstərir. Digər bir tərəfdən xarici ölkələrdən gətirilən konyaklar və şərablar vitrinlərdə daha çox yerə malik idi. Ən yüksəyinin qiyməti 100 manat olan yerli “Ağdam”, “Şuşa”, “Qarabağ” və s. markalı konyak və şərablar vitrində kiçik yerə malikdi. Amma bu içkilərində öz müştəriləri olur.

Sonda onuda qeyd edək ki, bəzi mağazalar Ramazan ayı ilə əlaqədar olaraq müştəri azlığının olmadığını da dedi. Bu isə o deməkdir ki, bahalı içkiləri sifariş verənlərə ay fərqi yoxdur.

Anar Baqir


Müəllif: