24 Aprel 2014 22:05
1 109
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəqəmsal İnkişaf İB-yi artıq mart ayının 1-dən "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının" maliyyə yardımı ilə "Mən Yol Hərəkəti Qaydalarına Əməl Edirəm! Bəs sən?" layihəsini başlamışdı.

Bu gün ən ciddi məsələlərdən biri sürücülük mədəniyyətinin son dərəcədə aşağı olmasıdır. Son illərdə avtoqəzalar nəticəsində ölüm hallarının sayının artması müşahidə olunur. Çünki maşınların sayı durmadan artır, yollarda sürət çoxalır və bu zaman heç şübhəsiz ki, vətəndaş məsuliyyəti, sürücülük , sürücünün mədəniyyəti məsələsi aktuallığı ilə ortaya çıxır.

Burada nə tələb olunur, son dərəcə sürücülük mədəniyyətinin yüksək olması. Bizdə nə qədər belə hadisələrə rast gəlmək olur. Məhz içkili vəziyyətdə, sürətli idarəetmə zamanı törədilən qəzaların sayı və ümumiyyətlə sürücü məsuliyyətsizliyi, yüksək surət daha çoxdur.

Layihədə məqsəd ictimai təhlükəsizliyin təmin olunması və sürücülük mədəniyyətinin artırılmasına nail olmaqdır. Azərbaycan yollarında ildən ilə yol qəzalarının sayı durmadan artır. Nəticədə minlərlə insan ölür, yüz minlərlə insan müxtəlif dərəcəli bədən xəsarətləri alırlar. Bütün bunlara qarşı çıxaraq Rəqəmsal İnkişaf İB-yi hal-hazırda geniş aksiya tərtib edib kampaniya aparır. Kampaniya çərçivəsində görülən işlərdən biri "Facebook Sosial Şəbəkəsində "Yol Ver! Sürət Həddin aşma!" adlı qrup yaradılıb. Qrupada yollarda tıxaclar, kütləvi yol hərəkəti qaydalarının pozulmaları, yol hərəkət qaydaları haqqında, sürücü mədəniyyəti və sərnişin mədəniyyətinin nə dərcədə olması haqqında informasiya mübadiləsi aparılır. Yaxın günlərdə layihə çərçivəsində görüşlən digər işlər haqqında və aparılan digər kampaniyalar haqqında geniş açıqlamar olacaq.


Müəllif: