12 Oktyabr 2017 11:51
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) “Müsəlman ermənilər”. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabının təqdimat mərasimi keçirilib.

Teleqraf.com-un məlumatına görə, SAM-ın Daxili siyasətin təhlili şöbəsinin aparıcı elmi işçisi Araz Qurbanovun müəllifi olduğu etnosiyasi oçerklər toplusunda Ermənistannın Azərbaycana, Türkiyəyə və Gürcüstana ərazi iddialarından, qondarma erməni soyqırımı tələblərindən, fövqəlgüclərin regionda geosiyasi maraqlarının ödənilməsində yeni iştirakçılardan – müsəlman ermənilərdən və “erməni” kimi təqdim etdikləri həmcinslilərdən istifadə cəhdlərindən bəhs olunur.

Tədbirdə Azərbaycan Prezidentinin Administrasiyasının nümayəndələri, millət vəkilləri, ekspert və elm xadimləri, eyni zamanda hüquq-mühafizə orqanları və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edib.

SAM-ın direktoru Fərhad Məmmədov bu il qurumun yaradılmasının 10 illiyinin tamam olduğunu bildirib. O, erməni məsələsinin Azərbaycana təzyiq mexanizminə çevrildiyini vurğulayıb:

“2009-cu ilə Türkiyə-Ermənistan protokolları imzalanandan sonra ABŞ, Avropa Birliyi və bu ölkələrdəki donor təşkilatları Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətində layihələr həyata keçirirlər. Strateji Araşdırmalar Mərkəzi bu layihələrin hamısının monitorinqini həyata keçirir. Biz müəyyən etmişik ki, bu layihələr media, vətəndaş cəmiyyəti, ekspertlərlə işlmək kimi sahələri əhatə edir. Bu layihələrə 2009-cu ildən bəri hər il 3-5 milyon dollar aralığında pullar ayrılır. Bu layihələrin böyük hissəsi Araz Qurbanovun araşdırmasında öz əksini tapıb”.


Müəllif: Səxavət