12 Oktyabr 2017 12:48
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dünya dini liderlərinin sammiti keçirilirdi. Sammitdə erməni katolikosu İkinci Qaregin də iştirak edirdi. Sammitin gedişi zamanı İkinci Qaregini Bakıdakı erməni kilsəsinə aparmaqla bağlı tapşırıq aldıq.

Teleqraf.com xəbər verir ki, bunu Prezident yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) qurumun Daxili siyasətin təhlili şöbəsinin aparıcı elmi işçisi Araz Qurbanovun “Müsəlman ermənilər”. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabının təqdimat mərasimində Dini Qurumlarl İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov deyib.

Gündüz İsmayılov İkinci Qaregini müşayiət etdiyini bildirib: "Söhbət zamanı mən sarı simlərə toxundum. Dedim ki, laçınlıyam, Bakıda məcburi köçkün həyatı yaşayıram. Siz burda öz kilsənizi rahat ziyarət edə bildiyiniz halda biz öz torpaqlarımıza və oradakı dini ibadət yerlərimizə gedə bilmirik. O belə bir ifadə işlətdi ki, vaxtilə həmin bu kilsədə xidmət edib. Bunu deməkdə məqsədim odur ki, biz işğala, soyqırımlara hər zaman pafosla, ritorik şəkildə, emosional münasibət bildirmişik. Halbuki bu münasibət araşdırmaya əsaslanan elmi münasibətə çevrilməlidir. Yəni, biz Ermənistanla, onun siyasəti ilə bağlı çox şey bilmirik. Katolikosla görüşdən sonra qərara gəldim ki, erməni qriqorian kilsəsi ilə bağlı fundamental tədqiqat işləri aparaq. Ancaq biz bir mütəxəssis belə tapa bilmədik. Bu baxımdan Araz müəllimin bu kitab mənə görə bir işıqdır. Erməni məsələsinə işıq salan bir kitab. Kitab oxucunu qətiyyən boş buraxmır. Bu gecə yatmayarq kitabı bütünlüklə oxudum".


Müəllif: Səxavət