12 Oktyabr 2017 12:55
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:20

İkinci Şopinq Festivalına 467 ticarət obyekti qoşulub.

Teleqraf.com xəbər verir ki, bunu Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Bakıda başlayacaq İkinci Şopinq Festivalı ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Nazir oktyabrın 15-də Bakıda İkinci Şopinq Festivalından danışarkən sözünə belə davam edib:"Festival Azərbaycan prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqənda" 1 sentyabr 2016-cı il tarixli sərəncamı, eləcə də ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsinə əsasən təşkil olunan Birinci Bakı Şopinq Festivalı bu il aprelin 10-dan mayın 10-dək keçrilib. İkinci Şopinq Festivalı da 1 ay davam edəcək".

Nazir qeyd edib ki, festivala 467 ticarət obyekti qoşulacaq: "İlk festivalda 172 ticarət obyekti var idi. ƏDV qaytarmayan obyeklər 33 olubsa, bu dəfə 111 olub. Bu mağazalar və xidmət mərkəzlərinin böyük əksəriyyəti ƏDV qaytarılması sisteminə qoşulmaqla, turistlər və yerli alıcılar üçün böyük fürsətlər təqdim edəcəklər.

Həmçinin festival iştirakçılarını bir çox sürprizlər və əyləncəli tədbirlər də gözləyir".

Əbülfəs Qarayev qeyd edib ki, turistlərin sayı ötən ilə nisbətən 25 faiz artıb: "Bu müsbət haldır. Keçən ilin sentyabr ayına nisbətən isə turist axını 7 faiz artıb. Azərbaycana səfər edən xarici turistlərin nağdsız ödəmələri il üzrə 790 milyon manatı ötüb".

Qeyd edək ki, Bakı Şopinq Festivalının rəsmi tərəfdaşları Vergilər Nazirliyi, Azərbaycan Hava Yolları, ASAN xidmət və “Azəritürk bank”dır.

***

İkinci Bakı Şopinq Festivalı zamanı turizm agentliklərinə xüsusi turpaketlər təklif ediləcək.

Bunu Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev deyib.

Onun sözlərinə görə, turist və alıcıları həvəsləndirmək üçün ticarət mərkəzlərində interaktiv oyunlar təşkil olunacaq: "Paketlərə aviabilet, transfer, sığorta, oteldə qalma, festival mağazalarına şopinq turların təşkili daxildir. Alıcılar festival boyunca xüsusi hədiyyə kartları qazanacaq, eləcə də xüsusi uduşlu lotereyalar və endirim kuponları əldə edəcəklər.

Turistləri və alıcıları həvəsləndirmək üçün ticarət mərkəzlərində interaktiv oyunlar təşkil olunacaq".

Nazir qeyd edib ki, bu dəfəki festivala xarici ulduzlar qatılmayacaq.


Müəllif: İlhamə Əbülfət