12 Oktyabr 2017 16:50
1 226
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Pərviz Oqtay oğlu Şahbazovun Azərbaycan Respublikasının energetika naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Teleqraf.com-un məlumatına görə, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Pərviz Oqtay oğlu Şahbazov Azərbaycan Respublikasının energetika naziri təyin edilsin".


Müəllif: Teleqraf.com