12 Oktyabr 2017 17:49
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Azərbaycan dəmir yolu nəqliyyatı işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Teleqraf.com-un məlumatına görə, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Ağayev Akif Ağaşəfi oğlu

Bədəlbəyli İmran Çingiz oğlu

Əliyev Rövşən Seyfiəli oğlu

Xanəhmədov Nazim Həsən oğlu

İsmayılov Məmməd İsmayıl oğlu

İsmayılov Ramin Hacı oğlu

Kovalyova Valentina Nikolayevna

Mahmudov Ədalət Təvəkkül oğlu

Məmmədəliyev Niyar Knyaz oğlu

Məmmədov İlham Nadir oğlu

Orucov Elxan Əli oğlu

Orucov Nəcəf Ağalar oğlu

Rüstəmov Əlisafa Əli oğlu

Rzayev Rizvan İlyas oğlu

Səlimov Samir Ağabala oğlu

Şərifov Kamil Ramazan oğlu

Şükürov Saim Bəşir oğlu

Verdiyev Şükür Ələddin oğlu".

***

Prezident İlham Əliyev Azərbaycan dəmir yolu nəqliyyatı işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin:

Əliyev Musa Ərrəhman oğlu

Kərimov Pənah Sabir oğlu

Məmmədov Hikmət Şamil oğlu

Səfərov Məzahir Əli oğlu".

***

Prezident İlham Əliyev Ə.R.Məmmədova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında​ sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə Əli Ruf oğlu Məmmədova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".


Müəllif: Teleqraf.com