13 Oktyabr 2017 10:16
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Kaliforniya ştatında tüğyan edən meşə yanğınları nəticəsində ölənlərin sayı 31-ə çatıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, rəsmilər 400 nəfərin taleyi ilə bağlı heç bir məlumatın olmadığını bildiriblər.

Yanğın zamanı 3500 ev və iş yeri yanıb. Yanğın ümumilikdə 647 kvadrat kilometr ərazini əhatə edib. 5000 insan təxliyə edilib.

Bu il ərzində ABŞ-da baş verən yanğın nəticəsində ümumilikdə ölkəyə 2 milyard dollar ziyan dəyib.


Müəllif: Samir