13 Oktyabr 12:14

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi külli miqdarda xarici valyutanın gömrük sərhədindən qanunsuz yolla aparılması cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-aq verilən məlumata görə, Bakı-Tehran aviareysilə getmək istəyən İran vətəndaşı gömrük nəzarətindən "yaşıl dəhliz" buraxılış sistemindən istifadə etməklə keçsə də, əl yükündə olan və əvvəlcədən mütləq qaydada bəyan etməli olduğu xarici valyutanı gömrük orqanına təqdim etməyib.

Vətəndaşın hərəkətləri şübhə doğurduğu üçün o, saxlanılıb və təkrar yoxlamaya dəvət olunub.

Yoxlama zamanı, vətəndaşın çamadanının icərisində, əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan 950 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla, cəmi 95.000 ABŞ dolları aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: İlhamə Əbülfət