13 Oktyabr 2017 17:08
984
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün sosial şəbəkələrdə 40 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun yolun əks istiqamətinə çıxaraq hərəkət etməsi ilə bağlı videogörüntü yayılıb.

Məsələni Bakı Nəqliyyat Agentliyi nəzarətə götürərək araşdırmalara başlayıb.

Agentlikdən Teleqraf.com-a verilən məlumata görə, 40 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10TH031 DQ nömrəli avtobusun sürücüsü sərnişinlə dolu olan nəqliyyat vasitəsini yolun əks istiqamətinə çıxmaqla idarə edib. Bununla da avtobusun sürücüsü Mehdiyev Sadiq Niyazi oğlu sərnişinlərin, eləcə də digər hərəkət iştirakçılarının həyatını birbaşa təhlükəyə ataraq kobud qayda pozuntusuna yol verib.

Bakı Nəqliyyat Agentliyinin tələbinə əsasən, artıq həmin sürücü işdən azad edilib. Eyni zamanda, daşıyıcıya tapşırılıb ki, bu və buna bənzər xoşagəlməz halların təkrarlanmaması üçün zəruri tədbirləri həyata keçirsin.


Müəllif: Şəfiqə