17 Oktyabr 2017 11:27
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Köhnə yarımtikilidə külli miqdarda güclü təsiredici maddə aşkar olunub.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsi və Astara Gömrük İdarəsi əməkdaşlarının birgə əməliyyat tədbirləri nəticəsində Astara şəhərində Azərbaycan vətəndaşına məxsus həyətin kənarında yerləşən, yaşayış sahəsi olmayan köhnə yarımtikilidə ümumi sayı 9028 ədəd olan "Tramadol" adlı dərman preparatı aşkar edilib.

Xatırladaq ki, "Tramadol" Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələr və onların külli miqdarının Siyahısı"na daxildir.

Aşkar olunan 9028 ədəd "Tramadol"un təsiredici maddəsinin ümumi miqdarı 1819,6 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com